1. Oyunların keçirilməsi
1.1. Çempionat 2011-cu ilin fevraldan 2011-ci ilin aprel ayınadək üstüörtülü xüsusi mini-futbol üçün nəzərdə tutulan idman meydançalarında  keçirilir. 
1.2. Turnir çərçivəsində keçən oyunların tarixi və təyin olunan vaxtı təxirə salına bilməz.
1.3. Təqvimə uyğun oyunda iştirak etməyən və yaxud meydançaya 15 dəqiqədən artıq gecikən komandaya 0:5 hesabı ilə texniki məğlubiyyət, həmin komandanın rəqiblərinə isə 5:0 hesabı ilə texniki qələbə verilir. Komandanın oyuna təkrar gəlməməsi və ya təkrar gecikməsi hallarında onun turnirdə iştirakı Təşkilat komitəsi tərəfindən dayandırıla bilər. Bu zaman həmin komandanın Turnir çərçivəsində təyin olunan oyunların 50%-ə qədər iştirakı qeydə alınıbsa, onun xalları nəzərə alınır və sonrakı rəqiblərinə 5:0 hesabı ilə texniki qələbə verilir.
1.4. Oyun vaxtının dəyişdirilməsi barədə komanda kapitanların ərizələri keçiriləcək oyuna ən azı 3 (üç) gün qalmış qəbul edilir. 
 
2. Turnir iştirakçıları
2.1. Çempionat heyətləri Sifarişlərini Təşkilat Komitəsinə fevralın 7-nə kimi təqdim edən komandalar iştirak edə bilər.
2.2. Turnirdə iştirak edən hər bir oyunçu yalnız bir komandada oynaya bilər. Sifarişdə adları qeyd olunmayan oyunçular meydandan xaric olunurlar, diskvalifikasiya olunan oyunçunun təkrar iştirak etməsi cəhdi qeydə alınarsa, onun təmsil etdiyi komandaya həmin oyunda 0:5 hesabı ilə texniki məğlubiyyət verilir.
2.3.Çempionat iştirakçıları üçün qoyulan maksimal yaş həddi yoxdur. Səhhətində problem olan oyunçuların iştirakına yol verilmir.

3. Turnir qaydaları
3.1.Turnirdə iştirak edən komandalar iki sayca bərabər qrupa bölünürlər və ilkin mərhələdə bir-birləri ilə qrupdaxili oyunlar keçirirlər. Qrupdaxili oyunlar nəticəsində hər iki qrupda 1-ci və 2-ci yerləri tutan komandalar turnirin ½ final mərhələsinə vəsiqə qazanırlar.
3.2. Qrupdaxili oyunların sonunda 2 və daha artıq komandaların xalları bərabər olarsa, əsas üstün amil kimi aralarında olan oyunların nəticələri, qələbələrin sayı, vurulan və buraxılan topların fərqi qəbul olunur, bu göstəricilərin bərabər olması zamanı isə ½ final mərhələsinə çıxan komanda püşkatma nəticəsində təyin edilir. Püşkatma hər iki komandanın kapitanları arasında Təşkilat komitəsi tərəfindən keçirilir.
3.3. Turnirin ½ final mərhələsinın oyunlarında qalib gələn komandalar finala çıxıb 1-ci və 2-ci yerlər uğrunda mübarizə aparırlar, ½ final mərhələdə məğlub olan komandalar arasında isə 3-cü yer uğrunda yekun oyun keçirilir.
3.4. Final və ½ final oyunların əsas vaxtı bərabər hesab ilə bitirsə, hakim tərəfindən əlavə hər biri 5 dəqiqə davam edən iki qısa əlavə hissələr təyin olunur. Əsas vaxta əlavə olunan vaxt zamanı heç-heçə qeydə alınırsa, hər komandanın qapısına altımetrik məsafədən 5 (beş) penalti zərbələri təyin olunur. Penalti zərbələrin nəticələri bərabər olduğu təqdirdə isə komandalar növbə ilə əlavə tək penalti zərbələri yerinə yetirməklə qalibi müəyyən edirlər.
3.5. Turnirdə keçirilən hər bir oyun iki hissədən ibarətdir, hər hissədə komandalar arasında qarşlılaşma 20 dəqiqə (təmiz vaxt), fasilə isə 5 dəqiqə davam edir.
3.6. Hər bir oyun zamanı iki sarı ə ya bir qırmızı vərəqə alan oyunçu meydandan xaric olunur və növbəti bir oyunda iştirak edə bilməz. Klub nümayəndəsi və oyunçuların etdiyi hərəkətin dərəcəsindən asılı olaraq istisna hallarda Təşkilat Komitəsi həmin şəxs və ya şəxsləri Turnir oyunlarından kənarlaşdıra bilər.

4. Oyunçuların idman geyimi
4.1. Hər bir komandanın oyunçuları Turnirdə eyni rəngli və eyni tərtibatda olan idman geyimdə çıxış etməlidirlər.
4.2. Turnir oyunlarında komandaların oxşar idman geyimində iştirakına icazə verilmir.

5. Qaydalara əməl etmə və məsuliyyət
5.1. İiştirakçı komandalar və onların oyunçuları mini-futbol (futzal) beynəlxalq FİFA qaydaları əsasında təşkil olunan Turnirin qaydalarına tam riayət etməlidirlər və bir-birlərinə qarşı, eləcə də azarkeşlərə qarşı hörmət və ehtiram nümayiş etdirməlidirlər.
5.2. Komandanın oyunçuları və azarkeşləri tərəfindən hazırkı Reqlamentin və oyun qaydalarının pozulması hallarına yol verilərsə, bu hallara görə məsuliyyəti həmin komandanın rəhbərliyi daşıyır.
5.3. Turnir zamanı oyun meydançasını tərk edən komandaya Təşkilat Komitəsinin gərarı ilə 0:5 hesabı ilə texniki məğlubiyyət, bu zaman rəqib komanda isə 5:0 hesabı ilə qələbə verilir.
5.4. İstisna hallarda qarşılaşan hər iki komandanın oyunçuları tərəfindən Turnir reqlamenti və qaydaları pozulduğu təqdirdə, Təşkilat komitəsi tərəfindən bu oyunun nəticələri tam ləğv oluna bilər. Bu zaman texniki məğlubiyyət və ya texniki qələbə barədə qərar çıxarılmır.
5.5. Turnir dövründə və ya oyunlar zamanı Turnir iştirakçılarının zədələnməsinə, xəsarət almasına, tam və ya qismən əmək qabiliyyətini itirməsinə görə və yaxud olümlə nəticələnən hər hansı bir bədbəxt hadisəyə görə Turnirin təşkilatçıları heç bir məsuliyyət daşımırlar. 

6. Tələb olunan sənədlər
6.1. Turnirdə komandaların iştirakını təmin edən Sifariş forması Çempionatın rəsmi saytında http://www.leki.ucoz.net/ yüklənib.
6.2. Sifarişdə göstərilən komandanın heyəti 10 oyunçudan çox ola bilməz.
6.3. Turnirin ikinci mərhələsində (yarımfinal və final oyunlar) hər bir komanda daha iki oyunçunu əsas heyətə əlavə etmək və onların əvəzində digərlərini oradan xaric etmək hüququndadır. Bu zaman oyunçuların toplam sayı 10 nəfərdən artıq ola bilməz.
6.4. Bir oyunçunun digər komandaya transferinə icazə verilmir.
6.5. Komandaların Sifariş formalarda oyunçuların soy adları, adları və ataların adları qeyd olunmalıdır.
6.6. Komandaların Sifarişləri Təşkilat komitəsi tərəfindən yoxlanılır və təsdiqlənir. İştırakçı olan komandalar eyni və yaxud oxşar adlarla Turnirdə iştirak edə bilməzlər.
6.7. Turnirin Təşkilat Komitəsinin iclasları zəruri hallarda keçirilir.

7. Komandalın öhdəlikləri və təltifolunma
7.1. Sponsorun olmadığına görə, Çempionatın oyunlarında meydançasının icarə haqqını iştirakçi-komandalar ödəməlidirlər.
7.2. 1-ci yerini tutan komanda mükafatla və Fəxri diplomlarla təltif olunacaq.